XƏBƏRLƏR
MƏLUMAT
"İnci" rəqs ansamblının hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/06/2024 16:40

15 iyun - Milli Qurtuluş Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mizəağa Əliyev adına Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən "İnci" rəqs ansamblının Azərbaycanın ərazi bütövlüyünə həsr olunmuş  "86.6" adlı hesabat konserti keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə Azərbaycanın bölgələrinə xas olan 15 fərqli rəqs nömrəsi nümayiş olunub. Səhnədə biri-birinin ardınca rəngarəng rəqs kompozisiyaları tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb.

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Baxış sayı: 179