XƏBƏRLƏR
MƏLUMAT
İlk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva anadan olub
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2020 04:59

İlk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi Xurşid xanım Həsən bəy qızı Ağayeva 20 aprel 1906-cı ildə anadan olub.Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib, elmi işlər üzrə prorektor (1944-1946) olub.

Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilib. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləyib.

O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışıb.

Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmayıb) əsərinin müəllifidir.

Görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı idi. Musiqişünas Xurşid Abdullayevanın nənəsidir.

Xurşid Ağayeva 3 dekabr 1953 -cü ildə 47 yaşında vəfat edib.

Baxış sayı: 185