XƏBƏRLƏR
MƏLUMAT
İlaxır çərşənbə və Novruz bayramına həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2023 07:53

Martın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında ilaxır çərşənbə və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbir 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinləri üçün təşkil olunub.

İlk olaraq bayram münasibətilə təbriklər səslənib və qeyd olunub ki, Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir.

Sonra konsert proqramı təqdim olunub. Konsert çərçivəsində Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə uşaqları sevindirib, rəqslər ifa olunub və H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Kilimarası” kukla teatrı “Keçəlin toyu” tamaşasını nümayiş etdirib.

Baxış sayı: 471