XƏBƏRLƏR
MƏLUMAT
“İki şair, bir görüş” adlı tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
28/09/2023 06:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Bakı Dövlət Universiteti ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində “İki şair, bir görüş” adlı tədbir təşkil edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər şair və publisist Knyaz Aslan və Azadə Novruzovanın həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Tədbir zamanı hər iki şairin şeirləri, əsərləri BDU-nun tələbələri, kitabxana əməkdaşları və oxucularının ifasında səsləndirilib.

Baxış sayı: 533