XƏBƏRLƏR
MƏLUMAT
III Respublika Xalq Teatrları Festivalının Final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcəkdir
ÜMÜMİ XƏBƏRLƏR
18/06/2019 16:13

“Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq cari ilin 23-25 iyun tarixində III Respublika Xalq Teatrları Festivalının Final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcəkdir.

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.

Məlumat üçün bildiririk ki, cari ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət ediliblər. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.

Festival çərçivəsində,iyunun25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcəkdir. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.

 

Baxış sayı: 39626