XƏBƏRLƏR
MƏLUMAT
İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Heydər Əliyev və İncəsənət” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2023 01:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və İncəsənət” adlı tədbir keçirilib.

Tədbir zamanı fenomenal şəxsiyyət Heydər Əliyevin əvəz olunmaz xidmətlərindən söz açılıb.

Bədii hissədə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin "Oğuzlar" folklor xalq ansamblı, "Ailə" folklor xalq ansamblı, "Şəlalə" xalq çalğı alətləri xalq ansamblı və "Ələsgər Ələkbərov adına xalq teatrı”nın üzvləri Ulu Öndərə həsr olunmuş rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 319