XƏBƏRLƏR
MƏLUMAT
İ. Əbilov adına Mədəniyyət Mərkəzi "Qadın gülərsə" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
09/03/2023 06:26

Martın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın gülərsə" adlı tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat verilib.

Sonra Mədəniyyət Mərkəzinin "Şəlalə" xalq çalğı alətləri xalq ansamblı, "Oğuzlar" folklor xalq ansamblının üzv və solistləri rəngarəng bayram proqramı ilə çıxış edib. Həmçinin tədbirdə Ələsgər Ələkbərov adına xalq teatrının üzvlərinin ifasında şeirlər səsləndirilib.

Baxış sayı: 371