XƏBƏRLƏR
MƏLUMAT
Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2025 09:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 70 illik yubileyi və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib.

Konsert  Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında təşkil edilib.

Əvvəlcə təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verilib. Daha sonra qeyd olunub ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

Konsertdə məktəbin şagirdləri Azəbaycan, Avropa və rus bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Şagirdləri konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (kiçik heyət) müşayiət edib.

 

Baxış sayı: 71