XƏBƏRLƏR
MƏLUMAT
“Hüquqi dövlətin sağlam təməli” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/03/2025 09:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən “Hüquqi dövlətin sağlam təməli” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir zamanı birliyimizin, həmrəyliyimizin və gücümüzün ifadəsi olan “Konstitusiya və Suverenlik İli”, ölkəmizdə insan hüquqları istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verilib.

Bədii hissədə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri şeirlər səsləndirib, “Konstitusiya və Suverenlik ili” haqqında videoçarx nümayiş etdirilib.

Baxış sayı: 49