XƏBƏRLƏR
MƏLUMAT
"Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2025 16:55

Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub.

Mühazirədə Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.

Tələbələr öncə Mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə təşkil olunmuş rəsm sərgisinə baxış keçiriblər.

Ardınca qonaqlar Mərkəzinin  ekspozisiya zalları ilə tanış olublar. Mərkəzdə tələbələrə Ulu Öndərin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin siyasi irsini əks etdirən eksponatlar, fotoşəkillər, kitablar haqqında ətraflı məlumat verilib.

Daha sonra "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə dinlənilib. Mühazirədə Ümummilli Liderin hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, 1995-ci il Konstitusiyanın qəbulu və onun Azərbaycanın suverenliyinin  möhkəmlənməsində rolu xüsusi vurğulanıb.

Sonda Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

Baxış sayı: 36