XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyevin prezident seçilməsi: sabitlik və tərəqqi dövrü” mövzusunda mühazirə dinlənilib
ÜMÜMİ XƏBƏRLƏR
03/10/2025 18:23

Oktyabrın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabelində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 3 oktyabr- Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi tarixi günə həsr olunmuş “Heydər Əliyevin prezident seçilməsi: sabitlik və tərəqqi dövrü” mövzusunda mühazirə dinlənilib.

Mühazirədə Yasamal rayon 13 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Şagirdlərə öncə Mərkəzin ekspozisiya bölməsində Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Mühazirədə bildirib ki, 1993-cü ilin 3 oktyabrında Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ölkəmizin inkişafında, müstəqilliyimizin möhkəmlənməsində və dövlətçiliyimizin güclənməsində mühüm dönüş nöqtəsi olub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edən “Heydər Əliyev və təhsil” filmi nümayiş olunub.

 

 

Baxış sayı: 33