XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2025 14:04

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib.

Mühazirədə 146 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Mühazirədə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətləri var. Ulu Öndərin  bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da həyata keçirmək istədiyi planlarını bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. 2020-ci ildə baş vermiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı qələbə ordu quruculuğu sahəsindəki xidmətlərin parlaq nümunəsidir.

Daha sonra mühazirə diskussiya şəklində davam edib.

Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 28