XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycan diplomatiyası” mövzusunda konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/10/2025 17:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycan diplomatiyası” mövzusunda konfrans keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən konfransda rəsmilər, elm və mədəniyyət xadimləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya zalı ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsi ilə başlayıb.

Natiqlər “Heydər Əliyevin suverenlik ideyaları Konstitusiyanın əsası kimi”, “Heydər Əliyev siyasətində müstəqilliyin qorunması və regional çağırışlar”, “Heydər Əliyevin müdrik siyasəti və müstəqil Azərbaycanın gələcəyi” və “Heydər Əliyev siyasəti və milli müstəqillik” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Baxış sayı: 23