XƏBƏRLƏR
MƏLUMAT
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2023 07:36

Aprelin 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qurban Abbasov adına Mədəniyyət Sarayı və Suraxanı rayon Heydər Əliyev Mərkəzi rayon məktəbliləri arasında dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi təşkil ediblər.

Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Suraxanı rayon məktəblərinin şagirdləri çıxış ediblər. Hər bir çıxış münsiflər tərəfindən qiymətləndirilib və qaliblər təbrik edilib.

Müsabiqə zamanı həmçinin Qurban Abbasov adına Mədəniyyət Sarayının bədii rəhbəri çıxış edərək Xalq şairi Zəlimxan Yaqubun “Qalibiyyət qatarı” şeirini səsləndirib.  

Tədbir çərçivəsində Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi də nümayiş olunub.

Baxış sayı: 543