XƏBƏRLƏR
MƏLUMAT
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan dövlət müstəqilliyi əbədidir!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2023 08:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan dövlət müstəqilliyi əbədidir!” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin öz müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu bildiriblər.

Tədbirin konsert proqramında sevilən gənc müğənnilər rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

Sonda Nardaran qəsəbəsində yerləşən 130 və 295 nömrəli tam orta məktəblərin şagirdlərinin Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Baxış sayı: 428