XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2023 10:45

Dekabrın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxışlarda Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilib və videoçarx nümayiş olunub.

Daha sonra “Heydər Əliyev İli” çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirlər, təşkil edilən ekskursiyalar, dəyirmi masalar, mühazirə-seminarlar, açıq dərslər, sərgilər, müsabiqələr haqqında ümumi məlumat verilib.

Tədbirin bədii hissəsində Suraxanı rayon 84 və 327 nömrəli tam orta məktəblərin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunan kompazisiya, 3 nömrəli Uşaq İncəsənət Məktəbi və 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında səslənən musiqi nömrələri, “Star” rəqs qrupunun təqdim etdiyi rəqslər tədbir iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.

Sonda Heydər Əliyev irsinin təbliği sahəsində gördüyü işlərdə fəal iştirak etdiyinə görə fərqlənən məktəb və müəssisələr Mərkəz tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.

Baxış sayı: 278