XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və muzeylərimiz” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2023 01:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar  “Heydər Əliyev və muzeylərimiz” mövzusunda dəyirmi masa keçirilib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə qeyd edilib ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may - Beynəlxalq Muzeylər Günü bütün dünyada hər il geniş qeyd edilir. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərib. Məhz onun rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulub.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

Baxış sayı: 231