XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
ÜMÜMİ XƏBƏRLƏR
04/07/2025 10:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda yaradılmış tanınmış şəxsiyyətlərin ev muzeyləri haqqında daha ətraflı məlumatlar toplamaq məqsədilə həyata keçirdiyi “Heydər Əliyev və muzeylərimiz” adlı layihəsini uğurla davam etdirir.

Layihənin növbəti mərhələsində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə yaradılmış Azərbaycan musiqisinin dahi simalarından biri olan Niyazinin Ev Muzeyi ziyarət olunub, muzeylə bağlı ətraflı məlumatlar toplanıb.

Maestro Niyazi öz əsərləri və dirijorluq fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada Azərbaycan musiqisinin şöhrətini ucalara qaldırıb. Onun irsinin yaşadılması isə dövlətimizin və xalqımızın mənəvi borcudur. Bu borcun gerçəkləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

Ətraflı məlumat linklərdə:

https://youtu.be/g_42zbJxO94?si=ODDQXAxLCo_q-qOY

https://www.instagram.com/reel/DLrKexZo2oB/?igsh=ZTdkOHlrNHJ1MDY4

https://www.facebook.com/share/v/1YVSuXrZFM/?mibextid=wwXIfr

 

Baxış sayı: 62