XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2025 16:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə "Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə 106 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

İlk olaraq şagirdlər Mərkəzin ekspozisiya zalı ilə tanış olaraq, Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən fotolar haqqında ətraflı məlumat əldə ediblər.

Daha sonra "Heydər Əliyev və muzey irsi" mövzusunda mühazirə dinlənilib. Mühazirədə qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz xidmətlər göstərib.

Tədbir iştirakçılarına "Heydər Əliyev və muzeylərimiz" layihəsi haqqında məlumat verilib, qeyd edilib ki layihənin əsas məqsədi gənclərin muzeylərə marağını artırmaqla yanaşı, Ulu Öndərin muzey quruculuğu sahəsindəki mühüm fəaliyyətini və bu sahəyə verdiyi xüsusi əhəmiyyəti təbliğ etməkdir.

Tədbirin sonunda şagirdlər üçün "Heydər Əliyev və muzeylərimiz" adlı videoçarx nümayiş olunub.

Baxış sayı: 42