XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda mühazirə oxunub
ÜMÜMİ XƏBƏRLƏR
12/03/2025 09:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi tərəfindən 228 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda mühazirə oxunub. 

Mühazirədə bildirilib ki,  Heydər Əliyev, Azərbaycan xalqının böyük lideri və müstəqil Azərbaycanın qurucusudur. Onun siyasətində milli mənəvi dəyərlərimizin qorunması və inkişafı xüsusi əhəmiyyət kəsb edib. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsasını qoyduqdan sonra, milli irs və dəyərlərin yaşadılması, gənc nəsillərə düzgün tərbiyə verilməsi məqsədini güdərək bir çox islahatlar həyata keçirib.

Heydər Əliyev Azərbaycanın müasir dünyada uğurlu inkişafını təmin edərkən, xalqımızın milli mənəvi dəyərlərini qoruyaraq, gələcək nəsillərə ötürülməsini hədəfləyib. Onun rəhbərliyi altında Azərbaycan, həm müasir dünyaya inteqrasiya edib, həm də öz milli irsini qoruyub saxlayıb.

Baxış sayı: 57