XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2024 10:45

İyulun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə rəsmilər, elm xadimləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin əməkdaşı “Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycan gənclərinə örnəkdir” mövzusunda məruzə ilə çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib.

Daha sonra tədbirin qonaqları “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev müstəqil Azərbaycan ordusunun qurucusudur”, “Heydər Əliyev və təhsil siyasəti” mövzularında çıxış ediblər.

Sonda “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli filmi nümayiş olunub.

Baxış sayı: 291