XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2024 10:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Heydər  Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir  keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzlərinin, “Atəşgah məbədi” Dövlət Tarix –Memarlıq Qoruğunun, Azərbaycan İstiqlal Muzeyinin, ev muzeylərinin, mədəniyyət evlərinin əməkdaşları iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Mərkəzdə təşkil olunan “Tarixi abidələrimiz” adlı sərgi ilə tanış olublar.

Sonra çıxış edən tədbir iştirakçıları ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.  Muzeylərin mədəniyyətin inkişafında, zənginləşdirilməsində, dünya xalqları arasında dialoqun qurulmasında, insanlar arasında əməkdaşlıq və sülhün bərqərar olmasında əsas vasitə olduğunu diqqətə çatdırıblar.

Sonra Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin və 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan xalq musiqiləri və rəqsləri təqdim olunub.

Tədbirin sonunda qonaqlar Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

 

Baxış sayı: 339