XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycanda idman siyasəti” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/10/2025 15:45

Oktyabrın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda idman siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin idman müəllimləri və fəal idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsı ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda idmanın inkişafında göstərdiyi misilsiz xidmətlərdən, idman siyasətinin formalaşmasında və gənclərin sağlam ruhda tərbiyə olunmasında oynadığı mühüm roldan bəhs olunub. Qeyd edilib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində idman dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, ölkəmiz beynəlxalq idman arenalarında böyük nailiyyətlər qazanıb.

Baxış sayı: 46