XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2025 16:16

İyulun 24–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayon üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada rəsmilər, elm adamları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasəti sahəsindəki xidmətlərindən, onun dövlət quruculuğuna verdiyi töhfələrdən bəhs ediblər.

Daha sonra “Gənclər siyasəti və müasir gəncliyin elmdə rolu”, “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda məruzələr dinlənilib, Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə tələbələr mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər.

Sonda qonaqlar Mərkəzin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət ediblər və Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olublar.

Baxış sayı: 88