XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/04/2024 16:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi, YAP Qaradağ rayon təşkilatı və Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmirəylik ili” çərçivəsində "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə məlumat verilib, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təbiətin, yaşıllıqların qorunması və artırılmasına xüsusi önəm verdiyindən bəhs edilib.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı rəsm sərgisinə baxış keçiriblər.

Baxış sayı: 101