XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgilərin keçirilməsinə başlanılıb
ÜMÜMİ XƏBƏRLƏR
07/02/2025 14:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun ətraf qəsəbələrində Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğıdan bəhs edən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgilərin keçirilməsinə başlanılıb.

İlk sərgi fevralın 5-də Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə təşkil olunub. Sərgidə Ümummilli Lider Heydər Əliyevin müxtəlif dövrlərdə mədəniyyət sahəsindəki fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.

Sərgi məktəblilər tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 226