XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2025 15:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgi davam edir.

Növbəti səyyar sərgi martın 3-də Ələt qəsəbəsində yerləşən 302 nömrəli tam orta məktəbdə təşkil edilib.

Sərgidə Heydər Əliyevin müxtəlif dövrlərdə mədəniyyət sahəsindəki fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.

Məktəblilərə sərgi zamanı  Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və mədəniyyətin inkişafında oynadığı müstəsna rolu barədə geniş məlumat verilib

Sərgi məktəblilər tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 105