XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı növbəti səyyar sərgi baş tutub
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2025 16:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı səyyar sərgi davam  edir.

Növbəti səyyar sərgi fevralın 13-də Sahil qəsəbəsində yerləşən 253 nömrəli tam orta məktəbdə nümayiş olunub.

Sərgi Azərbaycan mədəniyyətinin inkişafına Ulu Öndər Heydər Əliyevin verdiyi töhfələri nümayiş etdirmək və onun irsini geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır. Qeyd olunub ki, bu tip sərgilər mədəni irsin qorunması və təbliği baxımından da olduqca vacibdir.

Sərgi məktəblilər tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 113