Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı konfrans keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. O diqqətə çatdırıb ki, Ulu Öndər yalnız siyasət və dövlət idarəçiliyi sahəsində deyil, həm də Azərbaycan mədəniyyətinin formalaşmasında və yüksəlişində müstəsna rol oynamış liderlərdəndir.
“Ulu Öndər Heydər Əliyev hələ gənclik illərindən sənətə, ədəbiyyata, musiqiyə və teatr sənətinə böyük maraq göstərib. Sovet dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə mədəniyyət sahəsinin inkişafını strateji istiqamətə çevirmiş, mədəniyyət müəssisələrinin yenilənməsi, sənət adamlarının fəaliyyətinin dövlət səviyyəsində dəstəklənməsi istiqamətində əhəmiyyətli işlər görüb. Müstəqillik dövründə də Heydər Əliyev mədəniyyət siyasətini dövlət quruculuğunun vacib istiqaməti kimi müəyyən etmiş, bu sahədə əsaslı qanunvericilik və institusional islahatlar həyata keçirmişdir. “Mədəniyyət haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kinematoqrafiya haqqında”, “Muzeylər haqqında” və digər qanunlar məhz onun təşəbbüsü ilə qəbul olunub. Ulu Öndər sənət adamlarına daim xüsusi diqqət və ehtiramla yanaşıb, onların sosial rifahının yaxşılaşdırılması, yaradıcılıq evləri ilə təmin olunması və əsərlərinin nəşrinə dəstək verilməsi üçün konkret addımlar atıb. O, teatr premyeraları, sərgilər və konsertlərdə şəxsən iştirak edir, sənət adamları ilə görüşərək onların problemlərinə diqqətlə yanaşıb. Bu gün Ulu Öndərin ideyaları Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri çərçivəsində mədəniyyət obyektlərinin inşası və irsimizin bərpası bu siyasətin davamlılığının bariz nümunəsidir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfələr verir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan tədbirlər ölkə daxilində və xaricdə böyük rezonans doğurur”,- deyə S.Yusifova əlavə edib.
Mədəniyyət sahəsində həyata keçirilən islahatların yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu vurğulayan nazir müavini deyib: “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının hazırlanması, vergi güzəştlərinin tətbiqi və resursların təmərküzləşdirilməsinə əsaslanan mədəniyyət modeli istiqamətində atılan addımlar sahənin davamlı inkişafını təmin etməyə xidmət edir. Mədəniyyət Nazirliyi olaraq bu ideoloji xəttə uyğun şəkildə fəaliyyət davam etdirilir və mədəni irsin qorunması, inkişafı naminə görülən işlər daha geniş miqyas alır”.
Xalq yazıçısı Elmira Axundova Ulu Öndərin incəsənətə, xüsusilə teatra və musiqiyə olan marağını xatırladıb. O, Ulu Öndər Heydər Əliyevin incə musiqi duyumu və rəssamlıq qabiliyyətinə malik olduğunu bildirib. “Səttar Bəhlulzadə, Tahir Salahov kimi sənətkarlarla dostluğu, sənət aləminə göstərdiyi diqqət və ehtiram onun mədəniyyətə bağlılığının nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, natiqlik bacarığı və fenomenal yaddaşı onu gələcək nəsillər üçün nümunəvi liderə çevirir”,- deyə o əlavə edib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli Liderin siyasi fəaliyyətinə nəzər salaraq qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli kimliyini qorumaqla yanaşı, bu kimliyi əsaslandıran ideoloji konsepsiyanı da formalaşdıraraq onu real dövlət modelində tətbiq edib. O, Ulu Öndərin yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük nüfuz qazandığını xüsusi vurğulayıb.
Konfransda digər çıxışçılar diqqətə çatdırıblar ki, Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və həyata keçirdiyi siyasət bu gün də Azərbaycanın mədəni inkişaf yolunda əsas istiqamət kimi qəbul olunur.







- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib