XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/10/2025 09:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi 226 nömrəli tam orta məktəbdə açıq dərs təşkil edib.

“Heydər Əliyev və Azərbaycan” layihəsi üzrə keçirilən açıq dərsdə müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında misilsiz rol oynamış Ulu Öndər Heydər Əliyevin həyat yolu, rəhbərlik fəaliyyəti, milli inkişaf strategiyası və dövlət quruculuğu sahəsindəki böyük xidmətləri əhatəli şəkildə şagirdlərin diqqətinə çatdırılıb, onlara mövzu üzrə suallar verilib, diskussiyalar aparılıb.

Fəal məktəblilərə isə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən broşüralar təqdim olunub.

Baxış sayı: 24