XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycan Konstitusiyası” adlı mühazirə təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2023 16:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzində 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” adlı mühazirə təşkil olunub. Mühazirədə 87 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mühazirə zamanı Konstitusiyanın qəbul olunma tarixindən və onun yaranmasını şərtləndirən tarixi səbəblərdən söz açılıb. Qeyd olunub ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Sonra məktəblilərə mövzu ilə əlaqəli suallar ünvanlanıb, mühazirə diskussiya şəklində davam edib. 

Sonda şagirdlər Ulu Öndərin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 274