XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/07/2024 15:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda tədbir keçirilib.

1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və dilin milli varlığın qorunması istiqamətində göstərdiyi tarixi xidmətlərindən danışıblar. Ümummilli Liderin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyi vurğulanıb.

Tədbirdə həmçinin mövzu ilə əlaqədar videoçarx nümayiş olunub və “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” adlı mühazirə dinlənilib.

Baxış sayı: 227