XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycan” adlı layihə uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2025 14:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi uğurla davam edir.

Layihə çərçivəsində 114 nömrəli tam orta məktəbdə maarifləndirici açıq dərs təşkil edilib.

Açıq dərsdə müasir Azərbaycanın memarı və xilaskarı olan Heydər Əliyevin siyasi fəaliyyəti, ölkəmiz üçün göstərdiyi misilsiz xidmətləri ətraflı şəkildə şagirdlərin nəzərinə çatdırılıb, onlarla fikir mübadiləsi aparılıb, mövzu üzrə suallar verilib.

Sonda fəal məktəblilərə Ümummilli Liderin həyat və fəaliyyəti haqqında məlumatlar əks olunmuş broşüralar təqdim edilib.

Baxış sayı: 145