XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2025 17:05

Dekabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib.

Mühazirədə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantları iştirak ediblər.

Mühazirədə qeyd edilib ki,  Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir, həyata keçirdiyi islahatlar isə ölkənin uzunmüddətli inkişaf strategiyasının formalaşmasına güclü təsir göstərib. Ulu Öndərin müəyyən etdiyi idarəçilik prinsipləri bugün də dövlət qurumlarının fəaliyyətində öz aktuallığını qoruyur və dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Daha sonra “Generalın planı” filmi nümayiş olunub.

Sonda qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 17