XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyev.Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/12/2025 17:43

Dekabrın 8–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər  Əliyev Mərkəzində "Heydər Əliyev. Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub.

Film nümayişində Azərbaycan Texniki Universiteti nəzdində Rabitə və Nəqliyyat Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Öncə qonaqlar Mərkəzin foyesində Heydər Əliyevin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini əks etdirən foto-sərgi ilə tanış olublar.

Daha sonra Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib.

Azərbaycan Respublikasının xalq artisti, kinorejissor, ssenarist Vaqif Mustafayevin "Heydər Əliyev. Əsl Məhəbbət Haqqında" filmi, ulu öndərin həyat yoldaşı oftalmoloq, alim Zərifə Əliyeva haqqındadır. Filmdə Heydər Əliyev öz xatirələrini danışır.

"Heydər Əliyev. Əsl Məhəbbət Haqqında" filmi müxtəlif dillərə tərcümə olunub və dünyanın bir çox ölkələrində və beynəlxalq festivallarda iştirak edib. Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda isə əsas mükafata layiq görülüb.

Baxış sayı: 33