XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev: siyasi hakimiyyətin 55 illik yubileyi” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
26/07/2024 11:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialının əməkdaşı tərəfindən “Heydər Əliyev: siyasi hakimiyyətin 55 illik yubileyi” adlı videoçarx hazırlanıb.

Videoçarxda “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci  dövr (1969-1982)”, “Heydər Əliyev SSRİ rəhbərliyində (1982-1987)”, “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin banisidir (1993-2003)” bölmələrində iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin xidmətlərindən məlumat verilir.

Ceyhun Həsrətin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf olunan “Adınla yaşayır Azərbaycan” mahnısının sədaları ilə altında təqdim olunan videoçarxda, əbədiyaşar liderin həyatını əks etdirən fotoşəkillər, onun əsas təltifləri və fəxri adları, habelə video görüntüləri nümayiş olunur.

Videoçarxı kitabxananın YouTube kanalında izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=fIwaz2_7H34

Baxış sayı: 247