XƏBƏRLƏR
MƏLUMAT
Heydər Əliyev Sarayında “Dahilər” adlı konsert proqramı təqdim olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2024 09:34

Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azkonsertshow" və "Maestro Music - Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahimovanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.

“Bakı Sinfonietta” Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq artistləri, Əməkdar artistləri və tanınmış müğənniləri çıxış edəcəklər.

Baxış sayı: 203