XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2025 15:50

Avqustun 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Suraxanı rayonunda yerləşən idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dövlətçiliyimizin və gələcəyimizin möhkəm təməli kimi qiymətləndirdiyini qeyd ediblər.

Ulu Öndərin hər zaman milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin, muzeylərimizin, mədəniyyət ocaqlarımızın qorunması, bərpası, qədim şəhərlərimizdə mədəni irsimizin yenidən dirçəldilməsi, məscidlərin, ziyarətgahların təmir edilməsi sahəsində böyük işlər gördüyünü vurğulayıblar.

Sonda tədbir iştirakçıları Mərkəzi ziyarət edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin irsi ilə tanış olublar.

 

Baxış sayı: 38