XƏBƏRLƏR
MƏLUMAT
Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2025 15:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir.

Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 288, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə 52, 167 nömrəli tam orta məktəblərin şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı şagirdlər Mərkəzin Muzey bölmələri ilə tanış olublar. Mərkəzdə şagirdlərə Ulu Öndərin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Baxış sayı: 175