Martın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, biznes subyektlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər. Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayıb.
Qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin (MYS) inkişafı istiqamətində əldə olunan nəticələri işıqlandırmaq və atılacaq birgə addımları müəyyənləşdirməkdir. Bildirilib ki, MYS-lər hazırda dünya miqyasında sürətlə böyüyən və iqtisadiyyatın ən çevik sahələrindən biri kimi önə çıxır, iqtisadi inkişaf və diversifikasiya üçün imkanlar təklif edir, mədəni və sosial dəyərlər yaradır. MYS-lər yaradıcılıq və intellektual kapitaldan əsas vəsait kimi istifadə etməklə mədəni komponentli mal və xidmətlərin yaradılmasını, istehsalını və paylanmasını əhatə edir. Buraya reklam, memarlıq, incəsənət, dizayn, musiqi və kino istehsalı, nəşriyyat və videooyunlar kimi müxtəlif fəaliyyətlər daxildir. MYS-lərlə bağlı son illərdə qlobal miqyasda müşahidə olunan bir sıra tendensiyalar haqqında danışan Adil Kərimli bu sahənin qlobal iqtisadiyyatda tutduğu mövqeyi konkret faktlarla diqqətə çatdırıb.
Bildirilib ki, hazırda gənc nəsil daha çox rəqəmsal məzmuna üstünlük verir. Çünki videoyunlar, musiqi, film və reklam sənayeləri ən gəlirli sahələrdən hesab olunur. MYS-lərin inkişaf prosesləri ilə bağlı beynəlxalq təcrübədən danışan nazir deyib ki, ayrı-ayrı ölkələrdə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, o cümlədən fondlar və özəl şirkətlər proseslərdə fəal şəkildə iştirak edirlər. Eyni zamanda qeyd olunan qurumlar bu sahəyə zəruri ekspert, infrastruktur dəstəyi göstərir, bir sıra layihələrdə donor, o cümlədən sponsor və ya investor qismində çıxış edirlər. Bu sahə çoxsaylı qrantlar, ianələr və subsidiyalarla da təmin olunur. Ölkəmizdə MYS-lərin fəaliyyətinə ayrılan diqqətdən söz açan Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində bu sahənin inkişafı Azərbaycan dövlətinin əsas prioritetləri sırasına daxil edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planına uyğun olaraq, 2023–2024-cü illərdə strategiya çərçivəsində mühüm addımlar atılıb. Aidiyyəti qurumların iştirakı ilə mədəni və yaradıcı sənayelərin təsnifatlandırılması istiqamətində Azərbaycan Respublikasında MYS sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), ölkədə istehsal olunan, ixrac olunan MYS məhsul və xidmətlərinin siyahıları hazırlanıb. Həmin siyahılar təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib. Bundan əlavə, mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı təsis olunub. Hazırda ümumilikdə 20 tələbə müxtəlif ölkələrin aparıcı universitetlərində təhsil alır.
Qeyd olunub ki, ölkəmizdə “Yaradıcı mərkəz” konsepsiyasının da tətbiqinə başlanılıb. Mədəniyyət Nazirliyinin nəzdində Bakı şəhərində ilk Yaradıcı Mərkəz təşkil olunub, burada müxtəlif yaradıcı sahələr üzrə xarici mütəxəssislərin də iştirakı ilə yüzlərlə istedadlı gənc biznes bacarıqlarının artırılması proqramlarına cəlb olunub və sertifikatlaşdırılıb, onlarla yeni sahibkarlıq subyekti olan innovativ startap formalaşdırılıb. Mədəniyyət Nazirliyi kollegiyasının qərarı ilə “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası” da təsdiq edilib. Hazırda bu sahədə güzəşt və təşviqlərin artırılmasını, “Yaradıcı mərkəz” konsepsiyasının regionlara doğru genişlənməsini, ölkədə kinoparkların qurulmasını, MYS-lərin ixrac potensialının artırılması istiqamətində tədbirləri və s. özündə ehtiva edəcək “MYS-lərin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması nəzərdə tutulur. Nazir çıxışının sonunda aidiyyəti qurumların bu prosesdə daha sıx əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov da çıxışlarında MYS-lərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Daha sonra Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək!” adlı geniş məruzəsi dinlənilib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə “Yaradıcı Azərbaycan – 2025” mövzusunda təqdimatla çıxış edib. Daha sonra nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun moderatorluğu ilə “Yaradıcılığa yatırım et!” (İnvest2Create) mövzusunda təqdimatlar olub.






- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib