XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev irsi milli sərvətimizdir” adlı səyyar sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2024 12:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi irsinin təbliğ olunması məqsədilə Yasamal rayon 53 nömrəli tam orta məktəbdə “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı səyyar sərgi təşkil olunub.

Sərgidə Ümummilli lider Heydər Əliyevin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini əks etdirən foto-sərgi və Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən kitablar nümayiş olunub. 

Sərgi məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

Baxış sayı: 97