XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev irsi milli sərvətimizdir” adlı növbəti səyyar sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/11/2024 10:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 158 nömrəli tam orta məktəbdə “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı növbəti səyyar sərgi keçirilib.

Səyyar sərgi zamanı Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini əks etdirən foto-sərgi, həyat və siyasi fəaliyyətindən bəhs edən kitablar nümayiş olunub.

Mərkəzin əməkdaşları tərəfindən məktəblilərə sərgidə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib. Foto və kitab sərgisi məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

Baxış sayı: 126