XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev – hüquqi dövlətin qurulmasında Konstitusiyanın əhəmiyyəti” adlı mühazirə oxunub
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2024 14:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Heydər Əliyev – hüquqi dövlətin qurulmasında Konstitusiyanın əhəmiyyəti” adlı mühazirə oxunub.

Mühazirədə 286 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.  

Məktəblilər öncə Mərkəzin ekspozisiya zalında dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

Sonra Mərkəzin əməkdaşı mühazirə ilə çıxış edib. Bildirilib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Baxış sayı: 148