XƏBƏRLƏR
MƏLUMAT
"Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir" mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2023 06:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir" mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən söhbət açılıb.

Digər natiqlər isə çıxışlarında bildiriblər ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Tədbirin bədii hissəsində Əməkdar artist Firuz Səxavətin ifasında "Heydərbaba ildırımlar çaxanda" mahnısı dinlənilib.

Baxış sayı: 177