XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/04/2023 08:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar film nümayişi keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi, elə ona görədə mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Heydər Əliyev istedadlı gənclərin aşkara çıxarılmasına kömək göstərməklə yanaşı, sənət adamları ilə də sıx əlaqə saxlayar, onlarla vaxtaşırı görüşərdi.

Daha sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyası tərəfindən hazırlanmış “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı film nümayiş olunub.

Baxış sayı: 484