XƏBƏRLƏR
MƏLUMAT
"Həyatla oyun" tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2025 14:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı ilə Suraxanı İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr üçün "Həyatla oyun" tamaşası nümayiş olunub.

Tamaşa, Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli, 721 saylı sərəncamı ilə təsdiqlənən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində təşkil olunub.

Nümayişdən öncə çıxış edənlər bildiriblər ki, tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaqdır. Vurğulayıblar ki, tamaşa Avropa Şurasının  Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə həyata keçirilən innovativ layihə olaraq, 80 ölkə tərəfindən təqdim olunmuş layihə arasında ilk üçlüyə düşüb və teatra sertifikat təqdim edilib.

Qeyd edək ki, tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltan, müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədovadır.

Baxış sayı: 175