XƏBƏRLƏR
MƏLUMAT
“Həyatımızı yaşıllaşdıraq” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2024 14:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialı Telman Abbasov adına 225 nömrəli  tam orta məktəblə birgə ”Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Həyatımızı yaşıllaşdıraq” adlı tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər dövlətimizin təbiətə, yaşıl dünyamıza xüsusi qayğısından söhbət açıblar. Hər bir insanın təbiətimizin qoruyucusu olaraq, yaşıllıqların salınmasında, ağacların əkilməsi və böyüməsində öhdəsinə böyük vəzifələr düşdüyünü bildiriblər.

Məktəbin yuxarı sinif şagirdləri tərəfindən mövzuya aid maraqlı fikirlərsəsləndirilib, videoslaydlar nümayiş olunub. 

Sonda məktəbin foyesində kitabxana filialının hazırladığı kitab sərgisi nümayiş olunub.

Baxış sayı: 236