XƏBƏRLƏR
MƏLUMAT
“Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2025 12:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  6 nömrəli kitabxana filialı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin iştirakı ilə  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib.

Sərginin açılışında çıxış edənlər qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edib,sərginin əhəmiyyətini vurğulayıblar.

Daha sonra sərgi ilə tanışlıq olub. Qeyd olunub ki, sərgilənən rəsm əsərlərində azərbaycançılıq ideyasının əsasını təşkil edən birlik, həmrəylik, xalqımızın multikultural və tolerant dəyərləri, torpağa bağlılıq və milli qürür hissləri əks olunur.

Sonda kitabxana tərəfindən İnşaat Kollecinin müəllimlərinə təşəkkürnamə təqdim edilib.

Baxış sayı: 16