XƏBƏRLƏR
MƏLUMAT
H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2023 06:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş  hesabat konserti keçirib.

Konsertdən əvvəl çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən danışıblar.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini  kamera orkestrinin müşayiəti ilə ifa ediblər.

Baxış sayı: 278