XƏBƏRLƏR
MƏLUMAT
H.Abbasov adına Mədəniyyət Mərkəzində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/06/2023 06:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi H.Abbasov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Raul Zabid oğlu Piriyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra cəsur şəhid Raul Piriyevin həyatına həsr olunmuş videoçarx nümayiş olunub.Mədəniyyət Mərkəzinin Xalq Teatr üzvlərinin təqdimatında “Su” adlı tamaşa təqdim olunub.

Çıxışçılar şəhidimizin keçdiyi döyüş yolundan bəhs ediblər. Bədii hissədə Raul Piriyevin xatirəsini və qəhrəmanlığını tərənnüm edən şeir səsləndirilib, mahnı ifa olunub.

Baxış sayı: 289